AZ

Berbok bu dəfə Kiyevə əliboş gəldi -“Der Spiegel“

Almaniyanın xarici işlər naziri Annalena Berbok Kiyevə səfəri zamanı ölkədəki acınacaqlı vəziyyət, itkilərlə bağlı hakimiyyətə təskinlik və başsağlığı verib. Lakin o, Kiyevə silah yardımı edəcəyinə söz verməyib.

News365.az xəbər verir ki, bu barədə Almaniyanın məşhur "Der Spiegel" jurnalında dərc olunan məqalədəndir. 

"Bu dəfə Berbok əliboş gəldi", başlığı ilə çıxan məqalənin müəllifi bu halın Almaniyanın Ukraynanın müdafiəsini gücləndirmək sahəsində tutduğu uğursuz kursundan xəbər verdiyini qeyd edib. Söhbət ilk növbədə ölkənin hava hücumundan müdafiə sisteminin təkmilləşdirilməsi ilə bağlı əsassız gözləntilərdən gedir.

Yazıda həmçinin Ukrayna nümayəndələrinin Berbokla danışıqlar zamanı həssas mövzuları müzakirə etməkdən qəsdən yayındığı qeyd edilir. Xüsusilə, Kiyev artıq Berlindən Ukraynaya uzaqmənzilli silahların ötürülməsini gözləmir.

Eyni zamanda, Berbok Qərbə Rusiyadan gələn təhdidləri xatırlatmağı da unutmayıb və Kiyevə NATO müttəfiqləri adından “uzunmüddətli dəstək” göstərəcəyini vəd edib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər. 

Tural


Seçilən
116
12
news365.az

10Mənbələr