AZ

Türkandan Vəfanı əsəbiləşdirəcək SÖZLƏR: “Arxamda kişi olmayıb, təkbaşına həyatımı qurmuşam” - VİDEO

“Bu qalmaqal mahnı üstündə deyil. Təəssüflər olsun ki, məni tamaşaçıya pis yöndən təqdim etməyə çalışırlar. Amma heç kim bunu bacarmayacaq. Mənim adım heç bir qalmaqalda hallanmayıb. Bu günə kimi heç bir qalmaqalla reklam olunmamışam. Qalmaqalı da nə özüm, nə də ki, ailəm sevir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Türkan Vəlizadə qonaq olduğu “Qonaqcanlı” verilişində deyib. 

Sənətçi “TikTok” video platformasında açdığı canlı yayım zamanı həmkarı Vəfa Şərifova ilə aralarında yaşanan qalmaqaldan danışıb: 

“Bir neçə gün əvvəl Gəncədən toydan gəlirdik. Yanımda isə köməkçilərim və işçilərim vardı. Həmkarım Zeynəb Həsəni “TikTok”da canlı yayımda idi. Mən də onun canlısına qoşuldum ki, deyək, söhbət edək. Mən “TikTok”a daxil olan insan deyiləm. Oradan gələn hədiyyələrin və pulların hara gəlməsini belə bilmirəm. Bir sənətçinin (qalmaqal yaşadığı müğənni Vəfa Şərifova) və onun yaxın çevrəsinin pul verərək açıb və kimlərisə təhqir etdirdiyi səhifələr var. O sənətçinin pərəstişkarları çox pis kəlmələrlə, təhqirlərlə... Hətta elə təhqirlər o şərhlərdə yazılıb ki,... Şəxsən nə mən, nə də ki mənim fanatlarım o tərbiyəsizliyi etməzlər. Mən buna icazə də vermərəm. Heç mənim işçilərim belə o tərbiyəsizliyi etməz. Mən dözmədim! Hər kəsin ailəsinə toxuna bilən söz deyilsə, onu təhqir edən söhbətlər olsa mənim kimi addım atar. Mən dözmədim və o kəliməni (Sənin və fanatlarının ağzını elə cıraram ki, tikməyə iynə-sap tapa bilmərsiniz – red.) “TikTok”da işlətdim. Efirdə işlənilən bir kəlimə deyildi. Bunu da mən çox yaxşı bilirəm. Orada mahnı söhbəti deyil”.  

Türkan Vəfanın “Hamilə olanda haqqıma girmisən” sözlərinə də cavab verib: 

“Hərə bir tikə çörəyini və ruzusunu qazanır. Ötən gün “İncə səhər” verilişində haqqımda xoş olmayan fikirlər səsləndirilib. Çox təəssüflənirəm ki, efir kəlmələri olmaya-olmaya o kəlmələr işlənilib və mənə qarşı qara piar hazırlanması vardı. Orada deyilib ki, “Haqqıma girib”... İndiyə kimi mən heç kimin, ailəsinin, övladlarının, həyat yoldaşının  haqqına girməmişəm. Mən indiyə kimi heç kimin çörəyinə bayıs olmamışam. Mən bu günə kimi zəhmət, əziyyətlə bu yerə gəlmişəm. Özüm öz evimi almışam, yaşayışımı qurmuşam. Heç kim mənim arxamda dayanmayıb və buna icazə verməmişəm.

Mənim arxamda kişi xeylaqı olmayıb və bu gün də yoxdur. Mən tək başına öz zəhmətim və xalqın dəstəyi ilə el şənliklərində ifa edərək və bunun qarşısında pul alaraq özümə həyat qurmuşam”. 

Türkan bildirib ki, qanun çərçivəsində yaranan qalmaqallı hadisə ilə bağlı müvafiq orqanlara şikayət edəcək. 
 

Rəşad Əliyev, Bizim.Media
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
171
50
bizim.media

10Mənbələr