AZ

Yusif Ağayev: “Azərbaycanlı məşhurun mesajını saxlasaydım, indi milyonluq qiyməti vardı” – VİDEO 

“Şou-biznes çox vəfasız sahədir. Efirdən uzaqlaşandan sonra mənə bir Xalq artisti Zülfiyyə Xanbabayeva və Əməkdar artist Xumar Qədimova zəng vurublar. Başqa heç kim”. 

Bizim.Media xəbər verir ki, bu sözləri teleradio aparıcısı Yusif Ağayev qonaq olduğu “O üz” verilişində deyib. 

Y.Ağayev Azərbaycanın “meqa” ulduzunun illər əvvəl yardım məqsədi ilə ona yazdığı gizli mesajdan söz açıb: 

“Elə müğənni vardı ki, məni görəndə ayağa qalxıb deyirdi ki, “Yusif, sənin üzərimdə haqqın var”. İndi isə heç yadına belə düşmürəm. Məsəl var, deyirlər ki, “Uman yerdən küsərlər”. İllər əvvəl bir məşhur ulduz mənə mesaj yazıb. O mesajı saxlasaydım, bu dəqiqə onun milyonluq qiyməti vardı. Hazırda o müğənni Azərbaycanda “meqa” ulduzdur. Müğənnilər arasında ondan yuxarı heç kim yoxdur. Amma onun adını açıqlamayacağam. O, mesajda yazmışdı ki, “Əldən gedirəm, kömək et. Zaman gələr mən də sənə dəstək çıxaram”. Mən də onun dediyini etdim. Amma ondan heç nə gözləmirəm. Sadəcə, etdiyimin əvəzində xoş münasibət gözlədim. Amma görmədim. Çox sevinirəm ki, həmin insanlar artıq teleradio sahəsində yoxdurlar. Olanlar da münasibətlərini “180 dərəcə” elə dəyişiblər ki, inanın, hərdən şok yaşayıram. Büdrədim, yıxıldım, amma ayağa qalxdım. Çünki başqa çarəm yox idi. Ayağa qalxmalı idim. Əlacsız qalıb hətta yaşadığım bu hadisələrə bərkdən çığırmışam da. Bunu da etmişəm. Bir məkana gedib ucadan çığırmışam. Beləcə içimdəki o acıları dəf etmək istəmişəm. Amma çox şükürlər olsun ki, o səhifələr qapanıb. Bir daha o səhifələri vərəqləməyəcəyəm”. 
 

Rəşad Əliyev, Bizim.Media
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
181
50
bizim.media

10Mənbələr