AZ

Bəzi rayonlara yağış yağıb, Zaqatalaya dolu düşüb - FAKTİKİ HAVA

Bu gün saat 15:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən İqtisadiyyat.az-a verilən xəbərə görə, mayın 21-i saat 15:00-a olan məlumata əsasən Culfa, Ordubad, Zaqatala, Şəki, Yardımlı, Lənkəran, Lerik, Göygöldə yağış yağıb.

Lerik, Qrız, Daşkəsən, Göygöldə duman müşahidə olunub.

Mayın 21-də saat 15:04 radələrində Zaqatala rayonuna xırda dənəli dolu düşüb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 24, Naxçıvan MR-da 16-21, Aran rayonlarında 21-24, dağlıq rayonlarda 8-12 dərəcə isti olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
313
8
iqtisadiyyat.az

10Mənbələr