AZ

Tovuzda yanğın - Tüstüdən zəhərlənən var

Tovuz rayonunun Əyyublu kəndində yanğın olub.

"Unikal" FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 260 m² (hər mərtəbəsi 130 m²) olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində bir otağın yanar konstruksiyası 20 m² sahədə, digər iki otağın tavanı 60 m² sahədə və dam örtüyünün taxta atmaları 80 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
166
2
unikal.az

10Mənbələr