AZ

İstanbul İnkişaf Dialoqunda COP29 sədrliyinə baxış təqdim edilib

COP29 komandasının nümayəndəsi Elməddin Mehdiyev İstanbul İnkişaf Dialoqunda iştirak edib.

“Report” xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki rəsmi hesabında məlumat verilib.

“COP29 komandasının üzvü Elməddin Mehdiyev Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İstanbul İnkişaf Dialoqu-2024-də iştirak edib. Burada COP29-un sədrliyi üçün baxışı açıqlayıb və iddialı iqlim fəaliyyətinin inkişafı üçün imkanları qeyd edib. IDD2024 kimi görüşlər hər bir regiona öz ambisiyalarını reallaşdırmağa kömək etmək üçün çox vacibdir”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, noyabr ayında Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
50
report.az

10Mənbələr