AZ

Keşiş Baqrat siyasətə girişməklə İncilin ziddinə gedir - Spiker od püskürdü

Ermənistan parlamentinin spikeri Alen Simonyan din xadiminin siyasətlə məşğul olmasını qəbuledilməz hesab edir.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, o, arxiyepiskop Baqrat Qalstanyanın addımlarını jurnalistlərə şərh edib.

 

“Siyasət ticarətdir və İncil deyir ki, atamın evini bazara çevirməyin! Sizcə, biz beynəlxalq tərəfdaşlarla danışıqlar aparanda bu ticarət deyilmi? Koalisiya yaradanda siyahılar tərtib etmək - bu, sövdələşmədir. Kilsə isə öz işini yarımçıq qoyub, indi bununla məşğuldur”, - erməni spiker vurğulayıb.

 

Seçilən
93
6
modern.az

6Mənbələr