AZ

Cənubi Koreya və ABŞ danışıqları davam etdirəcəklər

Cənubi Koreya və ABŞ Seulda birgə müdafiə xərclərinin bölüşdürülməsinə - Koreya yarımadasının cənubunda Amerika kontingentinin saxlanmasına dair danışıqların ikinci mərhələsini keçirəcəklər.

“İki sahil” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, məsləhətləşmələr üç gün davam edəcək.

Cənubi Koreya tərəfini Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Li Txe U, Amerika tərəfini isə Dövlət Departamentinin əməkdaşı Linda Spekt təmsil edəcək. Danışıqların birinci mərhələsi aprel ayında Havay ştatında baş tutub.

Hazırkı müqavilə 2025-ci ilin sonuna qədər qüvvədədir. Koreya Respublikası ərazisində 28 minlik Amerika hərbi kontingenti yerləşdirilib.

Qeyd edək ki, 1991-ci ildən Cənubi Koreya xərclərin bir hissəsini, o cümlədən kazarmaların, təhsil və təlim obyektlərinin tikintisini öz üzərinə götürüb.

Seçilən
154
40
ikisahil.az

10Mənbələr