Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti bahalaşıb.
Valyuta.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0.13 ABŞ dolları, yaxud da 0.15% artaraq 84.95 ABŞ dolları təşkil edib.
“Brent” markalı neftin qiyməti 0.11 ABŞ dolları və ya 0.13% azalaraq 82.33 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.