AZ

Yaponiya sahillərində 6 bal gücündə zəlzələ oldu

Yaponiyanın Oqasavara adaları ərazisində 6,0 bal gücündə zəlzələ qeydə alınıb.

OXU24.COM  xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya İdarəsi məlumat yayıb.

Yeraltı təkanların episentri Sakit okeanda, Çiçicima adası yaxınlığında olub.

Zəlzələnin ocağı təxminən 50 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.

Seçilən
182
50
oxu24.com

10Mənbələr