AZ

Avtomobil təmiri sexlərində yanğın oldu - FOTOLAR

Avtomobil təmiri sexlərində yanğın olub.

"Unikal" xəbər verir ki, yanğın  Qax şəhəri X.Natavan küçəsində yerləşən avtomobil təmiri sexlərində baş verib.

Yanğın yerinə Qax rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları cəlb olunub.

Yanğın zamanı Qax şəhər sakini Mirzəyev Füzuli Fərrux oğluna məxsus ümumi sahəsi  250k/m və 6 sexdən ibarət olan avtomobil təmiri sexlərinin biri tamamilə yanıb. Digər bir sex qismən yanıb və sexdə olan bir avtomobil və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Seymur Əli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
156
16
unikal.az

10Mənbələr