AZ

Rusiya: "Luqansk vilayətində Beloqorovka qəsəbəsini tamamilə ələ keçirdik"

Rusiya Müdafiə Nazirliyi Luqansk vilayətində Beloqorovka qəsəbəsinin tamamilə ələ keçirildiyini bildirib.

BiG.AZ xəbər verir ki, Nazirlikdən verilən açıqlamada Rusiya-Ukrayna müharibəsində Rusiya hərbi birləşmələrinin fəaliyyəti ilə bağlı məlumatlar yer alıb.

"Cənub Hərbi Qrupunun birlikləri aktiv hərəkətlər nəticəsində Luqansk Xalq Respublikasının Beloqorovka (Biloqorivka) qəsəbəsini bütünlüklə azad edərək sərfəli mövqelər əldə etdilər" , - deyə bildirilib.


BiG.Az
Seçilən
226
35
big.az

10Mənbələr