Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prokuroru Kərim Xan İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Qalantın həbsinə order verilməsini tələb edib.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Xan hər iki israilli məmuru “insanlıq əleyhinə və hərbi cinayətlər törətməkdə” ittiham edib.
Bununla yanaşı, prokuror HƏMAS hərəkatının üç liderinin həbsinə order verilməsini də tələb edib.