AZ

Türkiyə-Azərbaycan Universitetinə Bakıda üç təhsil proqramı üzrə tələbə qəbulu həyata keçiriləcək

Türk Dövlətləri Təşkilatı təkcə beynəlxalq arenada əməkdaşlıq platforması deyil. Bu, həmçinin müsbət təcrübələri paylaşmağa, eyni mövqedən çıxış etməyə, müxtəlif mövzularda qarşımızda duran çağırışlara cavab vermək üçün önəmli bir imkandır, təşkilatdır.

Bu fikri elm və təhsil nazirinin müavini Həsən Həsənli Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) 7-ci Baş Assambleyasının iclasında çıxışı zamanı söyləyib.

Son illərdə türk dövlətləri arasında təhsil sahəsində əməkdaşlığa diqqət çəkən nazir müavini bu baxımdan Ege Universiteti ilə diplom proqramının həyata keçirildiyini və nəticələr əldə edildiyini bildirib: “Düşünürük ki, bu ikili diplom proqramı yaxşı nümunədir”.

Nazir müavini, həmçinin deyib: “Bu il biz Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətə başlamasını görəcəyik. Bakı şəhərində üç təhsil proqramı üzrə tələbə qəbulu həyata keçiriləcək. Bu da birgə əməkdaşlığımızın növbəti gözəl nümunəsi olacaq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
164
42
banker.az

10Mənbələr