AZ

Rəisini tapmaq üçün 2 min xilasedici cəlb olunubmuş

"Helikopterin axtarış əməliyyatında 2 min xilasedici cəlb olunub".

"Unikal" İran mediasına istinadən xəbər verir ki,  bunu İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pirhüseyn Kulivənd jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, hava şəraitinin çox əlverişsiz və baxış sahəsinin çox olduğu mürəkkəb bir mühitdə ağır axtarış-xilasetmə əməliyyatı həyata keçirilib:

"Çətin və yorucu idi, amma əməliyyatlarımız dayanmadı, əksinə yavaşladı. Nəhayət səhər saat 5-də helikopterin qalıqları göründü və qəzada  həlak olanlar maşınlar vasitəsilə Təbrizə yola salındı ​​və axtarış əməliyyatımız başa çatdı. Axtarış əməliyyatlarında bütün qruplardan 2 000 mindən çox insan iştirak edib və onların hamısı iranlı xilasedicilər olub".

Gülayə Mecid 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
14
unikal.az

10Mənbələr