AZ

İran prezidentinin olduğu helikopter qəzaya uğrayıb - Rəisi və XİN başçısı ilə bağlı müəmma davam edir (Yenilənib)

Prezident İbrahim Rəisini daşıyan helikopterin tapılması üçün bütün vasitələr səfərbər edilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İranın Baş Qərargah rəisi Məhəmməd Baqiri açıqlama verib.

İran lideri Ayətullah Əli Xamenei İbrahim Rəisi və digər rəsmilərin olduğu helikopter qəzası ilə bağlı təcili iclas çağırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

İran prezidenti İbrahim Rəisinin olduğu helikopterdə xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər rəsmilər də olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Qeyd olunub ki, İran prezidenti İbrahim Rəisini daşıyan helikopter Azərbaycan sərhədində bəndin açılış mərasimindən qayıdarkən hava şəraiti səbəbindən çətin eniş edib.
 

İran prezidenti İbrahim Rəisinin karvanında olan helikopterlərdən biri bu gün Xudəfərindəki açılışdan sonra geri dönərkən qəzaya uğrayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

İranın daxili işlər naziri Əhməd Vahidi bildirib ki, prezident İbrahim Rəisini daşıyan helikopter pis hava şəraiti səbəbindən çətin eniş etmək məcburiyyətində qalıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, xilasetmə qruplarının hələlik bölgəyə çata bilmədiyini də sözlərinə əlavə edib.

Samir MUSAYEV

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
42
mia.az

10Mənbələr