AZ

Erməni kəndində Azərbaycan ərazisinə düşən hissə - VİDEO

Ermənistanın sərhəddəki Kirants kəndində Azərbaycan ərazisinə düşən hissənin görüntüləri yayılıb.

Bizim.Media xəbər verir ki, videonu Kirants kənd sakini çəkib.

O, Azərbaycan sərhədinin kənd məktəbinə yaxın ərazidən keçdiyini sübut etməyə çalışıb.

Qeyd edək ki, videoda kənd məktəbinin yeni binası əks olunub. Bu isə o deməkdir ki, 1990-92-ci il işğalından sonra ermənilər digər ərazilərdə olduğu kimi, burada da Azərbaycan ərazilərinə girərək, torpaqlarımızda ev, məktəb tikiblər, mağaza açıblar, əkin-biçin işləri aparıblar.

Azərbaycan sərhədinin dibində yeni məktəb binası tikib – hələ istifadəyə də verilməyib – sonra delimitasiyadan narazılıq etmək və sərhədin məktəbə yaxınlığından şikayətlənmək yalnız erməni düşüncəsi ola bilər.
Xatırladaq ki, delimitasiya nəticəsində Kirants kəndində iki ev, bir mağaza və bir qaraj binasının Azərbaycan ərazisində tikildiyi bəlli olub.
 


Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
142
50
bizim.media

10Mənbələr