AZ

Tramp Baydenin narkotik testindən keçməsini tələb edəcək

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ABŞ-ın hazırkı lideri Co Baydendən debatdan əvvəl narkotik testindən keçməsini tələb etmək niyyətindədir.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Ölkədəki vəziyyətlə bağlı ünvanlanan müraciətdə o, tamamilə şişirdilib. Düşünürəm ki, biz narkotik testi tələb etməliyik", - Tramp bildirib.

Qeyd olunur ki, Tramp debatdan əvvəl Baydenə stimullaşdırıcı dərmanlar verilə biləcəyindən qorxur.

Bundan əvvəl Tramp Ağ Evin hazırkı rəhbərinin IQ səviyyəsinin aşağı olduğunu bildirib .

Seçilən
187
3
publika.az

3Mənbələr