AZ

Erməni sərhədçilər Qazaxın Xeyrımlı kəndindəki sərhəd ərazisində - VİDEO 

Ermənistan sərhədçiləri Azərbaycanla dövlət sərhədinin delimitasiya olunmuş hissəsində - Qazaxın Xeyrımlı (Kirants-ER) kəndində xidmətə başlayıblar.

Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Məlumata görə, bu gündən etibarən sərhəd-keçid məntəqələri tam qurulana qədər erməni sərhədçilər kənd ərazisində olacaqlar.

Bildirilib ki, sərhədçilərin fəaliyyətini Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları komandanının birinci müavini Edqar Hunanyan koordinasiya edir.

Həmin görüntüləri təqdim edirik: 
 

Bizim.Media
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
40
bizim.media

10Mənbələr