AZ

Klublardan AFFA-nın qərarına REAKSİYA

Azərbaycan Premyer Liqasının son iki turunun həlledici oyunlarında əcnəbi VAR hakimlərindən istifadə olunacaq.

"Unikal" xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev mətbuata açıqlamasında deyib.

XXXV turun “Sabah” – “Sumqayıt”, “Səbail” – “Neftçi” və “Kəpəz” – “Zirə” matçlarında VAR sisteminə əcnəbi ədalət təmsilçiləri nəzarət edəcəklər.

Görəsən, avrokuboklar uğrunda mübarizə aparan dörd komanda - “Neftçi”, “Sabah”, “Sumqayıt” və “Zirə” bu qərardan razıdırmı?

Emin Əfəndi (“Neftçi”nin mətbuat katibi): “AFFA-nın mövqeyinə hörmətlə yanaşırıq. Bizim üçün hazırda əsas məqam odur ki, oyunlarda ədalətli və düzgün qərarlar qəbul olunsun”.

Elnur Həmidov (“Sabah”ın mətbuat katibi): “Matça hakim təyinatlarını AFFA Hakimlər Komitəsi həyata keçirir. Əlbəttə ki, biz də “Sabah” futbol klubu olaraq qərara hörmətlə yanaşırıq”.

Zaur Xudiyev (“Sumqayıt”ın mətbuat katibi): “Bizim üçün hakimin haradan olması önəm kəsb etmir. Meydana çıxıb öz oyunumuzu nümayiş etdirəcəyik. AFFA və PFL bununla bağlı qərar veribsə, klub olaraq bununla birmənalı şəkildə razılaşırıq”.

Elmar Abdullazadə (“Zirə”nin mətbuat katibi): “VAR-da olan hakimlərin yerli və ya əcnəbi olmasının bizim üçün fərqi yoxdur. Əsas odur ki, verilən qərarlar doğru olsun və ciddi səhvlər olmasın”.

Qeyd edək ki, mövsümün başa çatmasına son 2 tur qalmış avrokuboklar uğrunda mübarizə aparan “Sumqayıt” 54 xalla 2-ci, “Neftçi” 53 xalla 3-cü, 52 xala malik “Zirə” və “Sabah” isə 4-5-ci pillələri bölüşürlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
157
48
unikal.az

10Mənbələr