AZ

Bişkekdə baş verən dava nəticəsində 29 nəfər zərər çəkib - VİDEO EKSKLÜZİV

Bişkekdə
Qırğızıstanın paytaxtı Bişkekdə baş verən dava nəticəsində 29 nəfər zərər çəkib.

Bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.

“Mayın 17-dən 18-nə keçən gecə 29 nəfər təcili tibbi yardım briqadalarına tibbi yardım üçün müraciət edib. Onlardan 15-i xəstəxanaya çatdırılıb, qalanlarına isə yerində tibbi yardım göstərilib”, - məlumatda bildirilib.

Rusiyanın "Kommersant" qəzeti yazır ki, mayın 13-də əcnəbi tələbələrin yaşadığı yataqxanalarından birinin həyətində kütləvi dava baş verib. Hadisə zamanı bir neçə yerli sakin döyülüb. Yerli KİV-in məlumatına görə, mayın 17-si axşam yüzlərlə yerli sakin yataqxananın qarşısında toplaşıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub və saxlanılanlar var. Nəşr yazır ki, polis təxribatlar törətmək istəyən silahlı şəxsləri saxlayıb.

Eltun Məmmədov

Seçilən
176
5
ulusum.az

4Mənbələr