AZ

Cinayət törədən 53 nəfər saxlanılıb

Mayın 17-də ölkə ərazisində qeydə alınan 58, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 122, o cümlədən borclu şəxs qismində axtarışda olan 82 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
181
49
avtosfer.az

10Mənbələr