AZ

Avropa Mərkəzi Bankından Rusiyada işləməyə davam edən banklara xəbərdarlıq: İyuna qədər...

Avropa Mərkəzi Bankı (ECB) avrozona ölkələrinin banklarına Rusiya bazarından çıxışlarını sürətləndirməyi tövsiyə edib.

Musavat.com xəbər verir ki, bu barədə Britaniyanın “The Financial Times” (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, xəbərdarlıq ABŞ-ın Rusiyada işləməyə davam edən banklara sanksiya tətbiq edəcəyi qorxusu ilə bağlıdır.

Onun sözlərinə görə, ECB banklardan iyun ayına qədər Rusiyadan çıxış strategiyalarını müəyyən etməyi xahiş edib, çünki Amerika məhdudiyyətləri Avropa İttifaqının “bank sisteminə ciddi ziyan vura bilər”. Qeyd olunur ki, ilk növbədə, söhbət Avstriyanın Raiffeisen Bank International AG (RBI) bank qrupu və İtaliyanın UniCredit bankından gedir.

RBI-dən bildirildiyinə görə, bank ECB-nin tezliklə ondan Rusiyada biznesin azaldılması prosesinin intensivləşdirilməsini tələb edəcəyini gözləyir. Bankın hazırkı layihəsinə görə, təşkilatın Rusiyadakı istehlak kreditləri, həmçinin Rusiyadan beynəlxalq ödənişlər 2026-cı ilə qədər əhəmiyyətli dərəcədə azalacaq - 2023-cü ilin üçüncü rübü ilə müqayisədə 65n faiz. Eyni zamanda, Bank qeyd edib ki, ECB-nin tələbləri “RBI-nın Rusiyada biznesi azaltmaq planlarından çox kənara çıxır” və Raiffeisen-in Rusiya törəmə şirkətinin potensial satışına mənfi təsir göstərə bilər.

 

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
171
50
musavat.com

10Mənbələr