AZ

Bu ölkə Ukraynaya radar sistemləri verəcək

Litva Ukraynaya radar sistemləri verəcək.

Day.Az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Almaniya müdafiə naziri Boris Pistorius litvalı həmkarı ilə Berlində görüşündən sonra açıqlayıb.

Onun sözlərinə görə, Litva Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün Almaniyanın təşəbbüsünə fəal qoşulub.

"Litva Ukraynaya 6 ədəd AMBER 1800 radar sistemini vermək niyyətini elan edib", - nazir əlavə edib.

Qeyd edilir ki, təhvil verilməsi planlaşdırılan sistemlərin sayından əlavə, başqa təfərrüat, xüsusən də silahların Ukraynaya çatdırılma vaxtı açıqlanmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
248
16
day.az

10Mənbələr