AZ

Avropa subyektləri Kaledoniyada fransız vəhşiliyini sükutla qarşılayır- ilginc təhlil...

Image

Rauf Zeyni: “Bütün bunlara göz yumulması sübut edir ki, Avropanın demokratiyadan danışmağa haqqı yoxdur”

Fransanın Sakit Okeanda yerləşən müstəmləkəsi Yeni Kaledoniyada vəziyyət yenidən kəskinləşib. Yerli əhali müstəqilliyə can atır. Paris isə neokolonializm siyasətindən çıxış edərək, Yeni Kaledoniya əhalisinin müstəqillik istəyini güc bahasına boğmaqla məşğuldur.

Burada baş qaldıran etirazları dağıtmaq üçün Paris əraziyə qoşun yeridib.

Fransa təhlükəsizlik qüvvələri çərşənbə axşamı gecə Yeni Kaledoniyanın paytaxtı Noumea şəhərində iğtişaşlar zamanı 140 nəfəri həbs edib.

Yeni Kaledoniya prezidentinin sözçüsü bildirib ki, hadisələr zamanı 3 yerli gənc həlak olub. Fransanın daxili işlər naziri Jerald Darmanin bildirib ki, yüzlərlə adam, o cümlədən 100-ə yaxın polis və jandarm yaralanıb. Onlarla ev və ticarət obyekti yanıb. Ondan əvvəl Fransa prezidenti Emmanuel Makron çərşənbə günü Milli Müdafiə və Təhlükəsizlik Şurasının iclasında Yeni Kaledoniyada fövqəladə vəziyyət elan edilməsini istəyib.

İğtişaşlara səbəb yerli seçkilərdə elektoratın genişləndirilməsi ilə bağlı Fransa Konstitusiya qanun layihəsinə etiraz olub. Bu, Yeni Kaledoniyada on ildən artıq yaşayan şəxslərə seçkilərdə səs vermək imkanı verir. Hazırda yalnız xarici ərazinin muxtariyyətini genişləndirən 1998-ci il Noumea Müqaviləsi zamanı seçicilər siyahısında olan vətəndaşlar və onların uşaqları səsvermə hüququna malikdir. Yeni kaledoniyalıların fikrincə, islahat loyalların xeyrinə olacaq.

Çox maraqlıdır, Avropanın strukturları və insan haqları təşkilatları Fransanın Kaledoniyadakı vəhşiliyinə niyə göz yumur?

Hüquq müdafiəçisi Rauf Zeyni “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Avropa ölkələri üçün hər zaman onların milli, dövlətçilik maraqları demokratik maraqlardan, dəyərlərdən yüksək olub: “Ona görə də, bu gün Fransanın Yeni Kaledoniyaya ordu yeritməsi, Müdafiə və Təhlükəsizlik Şurasının iclasında fövqəladə vəziyyət elan etmək istəməsi, neokanoalizm siyasətini davam etdirməsi yalnız öz maraqlarını düşündüyünü göstərir. Nə demokratik dəyərlər, nə demokratik prinsiplər, nə də bəşəri dəyərlər onlar üçün maraqlıdır. Bu məsələləri daima bilmək və görmək lazımdır ki, beynəlxalq hüquq, beynəlxalq prinsiplər, bu prinsiplərə əməl olunması məsələsi yalnız onların maraqlarından keçir. Maraqlarına toxunursa, onlar dərhal beynəlxalq prinsipləri ayaqlar altına atıb, tapdalayırlar. Bakıda səfərdə olan Yeni Kaledoniyanın rəsmi nümayəndəsi Omayra Naisselinin də dediyi kimi, Yeni Kaledoniya xalqının öz müqəddəratını özünün təyin etməsi və müstəqil olması ilə razılaşa bilməyən Fransa Ermənistanı da kaledoniyalaşdırmağa çalışır. Bu bir daha sübut edir ki, Makron hakimiyyəti Fransanın tarixi boyunca yürütdüyü kolonializm siyasətini Cənubi Qafqaza da daşımaq niyyətindədir. Bu ölkənin iç üzü hər keçən gün dünyaya daha yaxşı bəlli olur. Bunun nəticəsidir ki, özünü demokratiyanın beşiyi hesab edən Fransa, digər regionlarda olduğu kimi, Cənubi Qafqazda da problemlər yaşayır. Daim demokratiyadan və insan hüquqlarından dəm vuran Paris Cənubi Qafqazda hərbi mövcudluğuna nail olmaq üçün işğalçı Ermənistanı dəstəkləyir. Bütün bunlara göz yumması sübut edir ki, Avropanın demokratiyadan danışmağa haqqı yoxdur”.

Məhəmmədəli QƏRİBLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
243
50
baki-xeber.com

10Mənbələr