AZ

Ukrayna ordusunun Donetsk cəbhəsində vuruşan ən azı iki briqadası Xarkov istiqamətinə köçürülüb

Ukrayna Xarkov istiqamətində döyüş gücünü gücləndirmək üçün ehtiyat batalyonlarını işə salıb.

Editor.az İspaniyanın “El Pais” nəşrinə istinadən xəbər verir ki, əvvəllər Donetsk cəbhəsində iştirak edən ən azı iki briqadadan ibarət bölmələr Rusiyanın hücumunu dəf etməkdə iştirak edir. Nəşrin məlumatına görə, əlavə qüvvələr Xarkov cəbhəsində rus hərbçilərinin irəliləyişinin qarşısını almaq üçün Ukrayna ordusunu gücləndirmək məqsədi daşıyır.

Əlavə birliklər cəlb etməklə Ukrayna Rusiyanın “ildırım sürətli hücumunu” dayandıra bilib. “El Pais” yazır ki, Ukraynanın artilleriyadan istifadə etməsi nəticəsində rus qoşunlarının Xarkov vilayətinin şimal-şərqində yerləşən Volçansk şəhərinin kənarına geri çəkilməsi faktı təsdiqlənib. Ukrayna silahlı qüvvələri arasında ciddi sursat çatışmazlığına baxmayaraq, “Volçanskda bu çatışmazlıq aşkar edilməyib”.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi mayın 11-də Xarkov vilayətində bir sıra yaşayış məntəqələrinin ələ keçirildiyini açıqlamışdı. Üç gün sonra, mayın 14-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bəyan etmişdi ki, Ukrayna qoşunları Volçansk və Lukyanets bölgələrində “daha sərfəli mövqelərə keçməyə” məcbur olublar.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
50
editor.az

10Mənbələr