AZ

Hakim partiya Paşinyanın istefası məsələsinə münasibət bildirdi

İstənilən istefa və ya impiçment məsələsi müzakirə oluna bilməz.

"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyasının sədri Sarqis Xandanyan deyib. 

Hakim partiyadan olan deputatın sözlərinə görə, vətəndaşlar 2021-ci il parlament seçkilərində hökuməti, hökuməti formalaşdıran parlamenti və həmin hökumətin liderini seçiblər. 

Xandanyan hakimiyyətin yalnız demokratik yolla, yəni seçkilər yolu ilə dəyişdirilə biləcəyini və növbəti seçkilərin 2026-cı ildə keçiriləcəyini qeyd edib: "Ermənistanın baş naziri Nikol Paşinyandır, “Mülki müqavilə” partiyası heç bir halda bu məsələni heç kimlə müzakirə etmək fikrində deyil". 

Ağarza Elçinoğlu 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
50
unikal.az

10Mənbələr