AZ

Noe Van Hulst: Dünya neft və qaz ölkələrinə daha çox diqqət yetirməlidir

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) mühüm görüş olacaq, burada iqlim maliyyələşdirilməsi üçün böyük həcmdə resursların səfərbər edilməsi məsələləri müzakirə olunacaq.

Bu barədə "Report"a açıqlamasında hidrogen və yanacaq elementləri üzrə beynəlxalq tərəfdaşlığın vitse-prezidenti Noe van Hulst məlumat verib.

Onun sözlərinə görə, bu maliyyələşdirmə ilk növbədə inkişaf etməkdə olan ölkələrə və inkişaf etməkdə olan bazar iqtisadiyyatına malik ölkələrə yönəldilməlidir: “Məhz bu ölkələr xüsusilə aşağı emissiyaları olan hidrogen kimi təmiz enerji texnologiyalarına daha çox investisiya yatırmağa ehtiyac duyurlar”.

Van Hulstun fikrincə, beynəlxalq ictimaiyyət enerji keçidi sahəsində Azərbaycan kimi neft və qaz ixracından asılı olan ölkələrə böyük diqqət yetirməlidir.

O, həmçinin qeyd edib ki, dünyada bərpa olunan enerji mənbələri sahəsində neft-qaz sənayesindən daha çox insan çalışır: “Dünya iqlim dəyişikliyinin təsirlərini nə qədər yumşaltmağı bacarsa, hamımız uyğunlaşmaq və mübarizə aparmaq üçün daha az vəsait xərcləməli olacağıq. Əks təqdirdə, nəticədə hamımıza daha baha başa gələcək”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
172
50
report.az

10Mənbələr