AZ

Firəngiz Mütəllimova: “Yaşar Nuri görmək istədiyim kişi xasiyyətində olmayıb” – VİDEO  

“2013-cü ildə keçirdiyim beyin əməliyyatından sonra həyatımda heç kim yoxdur. Bütün sevgim və dualarım Allaha, ailəmədir. Mənim bacımın iki övladı da öz övladım kimidir. Onları xoşbəxt görmək istəyirəm. Bir zamanlar xəyalları özüm üçün qururdum, indi isə xəyallarımı ailə üzvlərim üçün qururam. Beyin əməliyyatından sonra əlim göydədir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Firəngiz Mütəllimova qonaq olduğu “Mirinin dibçəyi” verilişində deyib. 

Sənətkar illər əvvəl yaşadığı sevgisindən söz açıb: 

“Həyatda bir dəfə sevdim. Özü də dəhşət sevdim. Hətta ölümə qədər gedərdim. Amma ayrıldım, bizimki alınmadı. O, Türkiyə vətəndaşı idi”. 

Bu anda aparıcının “Bildiyimiz Yaşar Nuri deyil...” sözlərinə aktrisanın cavabı belə olub: 

“Aidiyyatı belə yoxdur. Biz Yaşarla dost olmuşuq. O heç zaman mənim görmək istədiyim kişi xasiyyətində deyildi. Qadın var, kişini yaraşığına, elə qadın da var ki, xasiyyətinə görə sevir. Əslində isə kişi xasiyyətinə görə sevilməlidir. Bəlkə də o məni həqiqətən də sevirdi. Onu bilə bilmərəm. Amma mən onun məni sevməyini hiss etməmişəm. Etsəydim, indi etiraf da edərdim. Belə bir şeylər olmayıb. Amma Yaşarın məni çox istədiyini bilirdim. Sevgi başqa hissdir”. 

Daha sonra F.Mütəllimova həyat yoldaşı və onunla olan münasibətləri ilə bağlı fikirlərinə belə davam edib: 

“Ayrıldığım insandan sonra hər şey boşa getdi. Belə bir deyim var: “Bir qapı bağlanır, digəri üzünə açılır”. Elə də oldu. Sonra mən həyat yoldaşımla tanış oldum. Düzdür, mən onun kimi həyat yoldaşımı sevmədim. Amma tərsinə oldu. O məni daha çox sevdi. Ailə həyatı qurdum və teatrdan da getdim. İnsan belədir də, səni sevəni sən heç zaman sevmirsən. Bizimki düz gətirmədi və biz ayrıldıq. İşə isə ailələr qarışdı.
Çox gözəl başlayan şey birdən-birə məhv oldu getdi. Nə yaxşı ki, zamanında məhv oldu getdi. Həyat yoldaşımla bir neçə il birlikdə yaşadıq. O burada, mən isə xaricdə yaşamaq istəmədim. Biz bunun üstündə ayrıldıq. O mənə dedi ki, ya ailən, ya da ki, mən. Mən isə ailəmi seçdim, burada qaldım. Həyat yoldaşım İran azərbaycanlısı idi. Yəni Cənubi azərbaycanlı idi. Fars deyildi. Bir balaca ləhcəsi vardı. Mənim övladım olsaydı, onu xarici vətəndaşa ərə verməzdim”. 

 


Rəşad Əliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
152
50
bizim.media

10Mənbələr