COP29-un baş danışıqçısı Yalçın Rəfiyev iqlim dəyişikliyini müzakirə etmək üçün Braziliya nümayəndə heyəti ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki rəsmi hesabında məlumat verilib.
“Baş danışıqçı Yalçın Rəfiyev və COP29 Danışıqlar Qrupu Bakıda keçiriləcək COP29 ərəfəsində iqlim dəyişikliyi prioritetləri ilə bağlı məsləhətləşmələr aparmaq və əməkdaşlığı müzakirə etmək üçün Braziliya nümayəndə heyəti ilə görüşüb”, - məlumatda qeyd olunub.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bu ilin noyabrında Azərbaycanda, COP30 isə Braziliyada keçiriləcək.
Lead Negotiator @YalchinRafiyev and the #COP29 Negotiating Team met with the Brazilian delegation to consult and collaborate on climate change priorities in advance of #COP29 in Baku. pic.twitter.com/7E25RMz8OB
— COP29 AZ (@COP29_AZ) May 17, 2024