AZ

Cavad Rəcəbov: “SSRİ vaxtı AzTV-dəki qadağaya görə mahnımın sözlərini dəyişdirdim” – VİDEO 

Müğənni Cavad Rəcəbov efirdə 44 il əvvəl Azərbaycan Televiziyasında (AzTV) başına gələn hadisədən danışıb. 

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində danışıb. 

C.Rəcəbov bildirib ki, Sovetlər birliyində “Allah” sözünə AzTV-də qadağa olduğuna görə məcburiyyətdən bu ifadəni mahnısından çıxarmalı olub: 

“Sovetlər birliyində, yəni 1980-ci illərdə Azərbaycanda bir televiziya var idi. O da ki, AzTV. Mütəmadi olaraq, orada çıxışlarım olurdu. “Qısqanıram” adlı türk mahnısında “Allah” sözü vardı. Mən də onu orijinal variantda ifa etmişdim. Həmin nəğməni isə AzTV-də oxumalı idim. Kanalın rejissoru Nazim Zeynalov gəlib mənə dedi ki, “Sən bu mahnıda “Allah” sözünü işlətmisən.
Bu, AzTV-də belə yayımlansa, bizim başımıza oyun açarlar. Sabah məni işdən çıxararlar. Bunu dəyişmək lazımdır”. O zamanlar AzTV-nin efirində “Allah” sözü işlətmək olmazdı. Sabahısı gün gedib o mahnıda “Allah” sözünü dəyişib “Sevgilim”lə əvəzlədim”. 
 


Rəşad Əliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
50
bizim.media

10Mənbələr