AZ

Putin Çin investorlarına üstünlüklər və texnoloji bazaya çıxış vəd etdi

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya Çindən olan investorlara iqtisadi üstünlük və texnoloji bazaya çıxış təmin etməyə hazırdır.

Valyuta.az xəbər verir ki , o, bu barədə Harbində VIII Rusiya-Çin EXPO sərgisinin açılışında çıxışı zamanı deyib.

“Rusiya təkcə Çin biznesinin bizim ərazimizdə hasilatı lokallaşdırmaq niyyətini alqışlamır. Biz Çindən olan investorlara iqtisadi güzəşt, yardım və dəstək, o cümlədən Rusiyanın unikal texnoloji bazasına və yüksək ixtisaslı kadrlarımıza çıxış təmin etməyə hazırıq”, - Rusiya lideri bildirib.

Qeyd edək ki, mayın 16-da Putin rəsmi dövlət səfəri ilə Çinə gedib. O, Çin prezidenti Si Szinpin ilə təxminən 2,5 saat davam edən danışıqlar aparıb və Putinin sözlərinə görə, söhbət “fövqəladə gərgin və mənalı” olub.

Danışıqlar zamanı tərəflər Ukrayna böhranı mövzusuna da toxunublar. Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hua Çunyin bildirib. Diplomatın sözlərinə görə, Çin münaqişənin siyasi yolla nizamlanmasının təşviqində konstruktiv rol oynamağa davam edəcək.

Yeni Dövlətlər İnstitutunun direktoru, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin dosenti Aleksey Martınov Gazeta.Ru-ya müsahibəsində bildirib ki, Rusiya ilə Çin arasında münasibətlər genişlənir və dərinləşir, ikitərəfli əlaqələr iki ölkə böyük dövlətlər arasında əməkdaşlığın yüksək keyfiyyətli nümunəsidir.

Nicat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
155
50
valyuta.az

10Mənbələr