AZ

Yanvar-aprel aylarında Gürcüstandan Türk limanlarına 1 milyon tondan çox yük daşınıb

Bakı. Trend:

2024-cü ilin yanvar-aprel aylarında Gürcüstandan Türklimanlarına 1 milyon 12 min 272 ton yük daşınıb.

Trend-in TurkicWorld-ə istinadənxəbərinə görə, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastrukturNazirliyindən məlumat verilib.

Bildirilib ki, Türkiyə bayrağı altında üzən gəmilər Gürcüstandanlimanlara 469 min 557 ton, digər ölkələrin bayraqları altında üzəngəmilər isə 542 min 715 ton yük çatdırıb.

Bu müddət ərzində Gürcüstan bayraqlı gəmilərlə Türkiyəlimanlarına yük çatdırılmayıb. 2024-cü ilin yanvar-aprel aylarındaTürkiyə limanlarına Gürcüstandan 660 min 593 ton tranzit yükdaşınıb.

Qeyd edək ki, 2024-cü ilin aprel ayında Türkiyə limanları 34milyon 395 min 89 ton yük qəbul edib.

Bu dövr ərzində Türkiyə bayrağı altında gəmilərlə daxililimanlara yük qəbulu 2 milyon 367 min 713 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altındagəmilərlə yük daşınması 32 milyon 27 min 376 ton olub”, - deyənazirlikdən bildirilib.

Bununla yanaşı, 2024-cü ilin aprel ayında Türkiyə limanlarından6 milyon 77 min 466 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar-aprelaylarında Türkiyə limanları 137 milyon 168 min 261 ton yük qəbuledib.

"Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 10 milyon 72 min186 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərləisə Türkiyə limanlarına yükdaşımalar 127 milyon 96 min 75 tontəşkil edib”, - deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-aprel aylarındaTürkiyə limanlarından 22 milyon 938 min 589 ton tranzit yükdaşınıb.

Qeyd edək ki, 2024-cü ilin aprel ayında Türkiyə limanları 4 min756 gəmi qəbul edib

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrinbayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 329, Türkiyəbayrağı altında qəbul edilən gəmilərin sayı isə min 427 olub.

2024-cü ilin yanvar-aprel aylarında Türkiyə limanları 18 min 477gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul ediləndigər ölkələrin bayraqları altında olan gəmilər 12 min 704, Türkiyəbayrağı altında olan gəmilər isə 5 min 773 olub”, - deyənazirlikdən bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
32
az.trend.az

10Mənbələr