AZ

"ABŞ Ukraynadakı vəziyyəti daim gərginləşdirir" - XİN rəsmisi

“ABŞ Ukraynadakı münaqişəyə görə məsuliyyət daşıyır”.

 

Sfera.az bildirir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin deyib. O qeyd edib ki, sözügedən ölkə vəziyyəti daim gərginləşdirir.

 

“Birləşmiş Ştatlar Ukrayna böhranının yaranmasına və kəskinləşməsinə görə geri dönməz məsuliyyət daşıyır”, - o qeyd edib.

 

Venbinin sözlərinə görə, Vaşinqton düşmən axtarır və sülhə can atmır.

 

Bundan əvvəl Çin Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll edilməlidir. Çin münaqişə tərəflərinə öldürücü silah satışının əleyhinədir.

 

Günay

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
50
sfera.az

10Mənbələr