AZ

Qeyri-sabit hava bu tarixədək davam edəcək -

Yağıntılı hava şəraiti mayın 18-i axşamadək davam edəcək.Bunu Metbuat.az-a Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. Onun sözlərinə görə, mayın 18-i axşam saatlarından yağıntıların tədricən kəsiləcəyi gözlənilir:“Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli və intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Gözlənilən leysan xarakterli yağışlarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi çaylardan qısa müddətli daşqın və sel keçəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında mayın 18-i gündüz saatlarında bəzi yerlərdə yağış yağacağı proqnozlaşdırılır. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 15-18 dərəcə isti təşkil edəcək”.

Seçilən
244
20
metbuat.az

10Mənbələr