AZ

Reuters: G7 ölkələri Aİ-nin Rusiyanın dondurulmuş aktivlərindən istifadə təşəbbüsünü dəstəkləyəcək

Maliyyə nazirləri G7 liderlərinə iyunda baş tutacaq sammitdə yekun qərar verməyə imkan verəcək hazırlıq işləri görməlidirlər.

Gələn həftə G7 ölkələrinin Avropa Birliyinin Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynanın xeyrinə müsadirə edilməsi təşəbbüsünü dəstəkləyəcəyi gözlənilir.

Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb. Qeyd olunur ki, G7 ölkələri 24-25 may 2024-cü il tarixlərində ölkələrin maliyyə nazirləri səviyyəsində keçiriləcək görüşdə Aİ-nin təklifini dəstəkləyəcək.

Adının açıqlanmasını istəməyən məmur bildirib ki, müzakirələr Rusiyanın öz aktivlərindən deyil, Moskvanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin istifadəsi ilə bağlı olacaq. Qeyd olunur ki, istənilən qərar Aİ-yə üzv dövlətlər arasında dəstək və “möhkəm hüquqi baza”ya malik olmalıdır.

Onun sözlərinə görə, maliyyə nazirləri G7 ölkələrinin liderlərinin iyunda baş tutacaq sammitdə yekun qərar qəbul etmələrinə imkan verəcək hazırlıq işləri görməlidirlər.

Ancaq Beynəlxalq Valyuta Fondu Qərbin Rusiya Federasiyasının dondurulmuş aktivlərindən istifadə etmək planlarına qarşı çıxıb. Fond hesab edir ki, belə bir addım qlobal maliyyə sistemini sarsıda bilər.

Xatırladaq ki, 2024-cü il mayın 8-də Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən izafi mənfəətin Ukraynaya silah almaq üçün istifadə edilməsi haqqında saziş imzalayıblar. Məlumdur ki, sazişə əsasən, Aİ Rusiyanın dondurulmuş aktivlərindən ildə 3 milyard avroya qədər olan izafi mənfəətdən istifadə edə biləcək.

S.ELAY

XQ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
33
xalqqazeti.az

10Mənbələr