Bakının bir sıra yollarında tıxac müşahidə olunur. 1news.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində; 2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 4. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində; 5. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində; 6. Neftçilər prospekti, "Azneft" dairəsi istiqamətində; 7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 8. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər; 9. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 10. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 11. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində; 12. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində; 13. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.