AZ

İrakli Kobaxidze türkiyədə səfərdədir

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyədə rəsmi səfərdədir. İrakli Kobaxidze Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək və geniş tərkibdə görüşlər keçirəcək.

Görüşlər zamanı iki ölkə arasında ticarət, enerji və nəqliyyat sahələri başda olmaqla, qarşılıqlı münasibətlər müzakirə ediləcək. Regional və beynəlxalq əlaqələrin də gündəmdə olacağı görüşlərdə xüsusilə Cənubi Qafqazdakı son vəziyyət ətrafında fikir mübadilələrinin aparılması gözlənilir. Görüşlərdən sonra Türkiyə Prezidenti ilə Gürcüstanın Baş naziri mediaya birgə açıqlama verəcəklər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
249
50
sesqazeti.az

10Mənbələr