AZ

Aktauda Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

Qazaxıstanın Aktau şəhərində yerləşən Şahmərdan Yessenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universitetində milli dövlətçiliyimizin qurucusu, görkəmli dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib. 

"Unikal" xəbər verir ki, Azərbaycan Mərkəzinin direktoru, Yessenov Universitetinin Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi İlkin Orucov Ulu Öndərin həyat və fəaliyyəti haqqında tələbələr qarşısında mühazirə ilə çıxış edib. İlkin Orucov “Heydər Əliyevin Dahi liderlik siyasəti” mövzusunda mühazirə oxuyub. Mühazirə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi üçün strateji liderlik prinsiplərinə həsr olunub.
Mühazirənin sonunda tələbələrin Heydər Əliyevlə bağlı sualları cavablandırılıb və Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx göstərilib.  
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
231
50
unikal.az

10Mənbələr