Bakı, 16 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi yarandığı vaxtdan qurumun müəssisələrində 10 min şəxsə reabilitasiya yönümlü sosial xidmətlər göstərilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a vrilən məlumata görə, dörd il əvvəl fəaliyyətə başlayan Agentliyin bütün ölkəni əhatə edən 13 müəssisəsi fəaliyyət göstərir. Onların sırasına 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün 2 sosial xidmət müəssisəsi, 4 psixonevroloji sosial xidmət müəssisəsi, Ahıl şəxslər üçün sosial xidmət müəssisəsi, Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi, Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi və sair daxildir.
Həmin müəssisələrə qəbul edilən şəxslərə fərdi plan əsasında sosial-psixoloji, tibbi-sosial, sosial-məsləhət yardımı, sosial-məişət və digər sosial reabilitasiya xidmətləri göstərilir.
![](https://azertag.az/files/galleryphoto/2024/2/1200x630/17158674625730342453_1200x630.jpg)
![](https://azertag.az/files/galleryphoto/2024/2/1200x630/1715867462213061355_1200x630.jpg)
![](https://azertag.az/files/galleryphoto/2024/2/1200x630/17158674624713434785_1200x630.jpg)
![](https://azertag.az/files/galleryphoto/2024/2/1200x630/17158674622423742137_1200x630.jpg)
![](https://azertag.az/files/galleryphoto/2024/2/1200x630/17158674625120938017_1200x630.jpg)
![](https://azertag.az/files/galleryphoto/2024/2/1200x630/17158674621159933947_1200x630.jpg)
![](https://azertag.az/files/galleryphoto/2024/2/1200x630/17158674624018718997_1200x630.jpg)
![](https://azertag.az/files/galleryphoto/2024/2/1200x630/17158674621202518823_1200x630.jpg)
![](https://azertag.az/files/galleryphoto/2024/2/1200x630/17158674623959911946_1200x630.jpg)