AZ

Belarus Prezidenti Aleksandr Lukaşenkonun rəsmi qarşılanma mərasimi olub - YENİLƏNƏCƏK - FOTOLAR

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun mayın 16-da rəsmi qarşılanma mərasimi olub.



NUHÇIXAN xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Belarus Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkonu qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Belarus Prezidentinə raport verdi.
Belarus Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.
Azərbaycan nümayəndə heyəti Belarus Prezidentinə, Belarus nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun qarşısından keçdi.
Dövlət başçıları rəsmi foto çəkdirdilər.








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
256
50
nuhcixan.az

10Mənbələr