AZ

Bakıda yolu keçən gənc qızı avtomobil vurub

Bakının Nərimanov rayonunda 26 yaşlı gənc qız yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, 1998-ci il təvəllüdlü Şahabbaslı Məltəm Asif qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
228
23
milli.az

10Mənbələr