AZ

“Hyundai” avtomobillərinin Azərbaycandakı distributoru barəsində protokol tərtib edildi

"Auto Azərbaycan" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

İş Nərimanov Rayon Məhkəməsinin hakimi Xalidə Əlisoyun icraatındadır.

 

Qeyd: “Auto Azərbaycan” MMC “Hyundai” markalı avtomobillərin Azərbaycandakı rəsmi distributorudur.

 

Xəyal Quliyev

Tarix: 16 May 2024, 08:10   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
181
8
pravda.az

10Mənbələr