AZ

"Ağ çiçəyim" gül mağazası yanır - YENİLƏNİR - VİDEO

"Ağ çiçəyim" gül mağazası yanır - YENİLƏNİR - VİDEO

Bakıda "Ağ çiçəyim" gül mağazasında baş verən güclü yanğınla mübarizə tədbirləri davam etdirilir.

Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunublar.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

23:52

Bakıda güclü yanğın başlayıb.

Oxu.Az xəbər verir ki, Azadlıq prospektində yerləşən "Ağ çiçəyim" gül mağazası yanır.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Həmin görüntüləri təqdim edirik:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
239
42
sonxeber.az

10Mənbələr