AZ

ABŞ-dən Ukraynaya böyük hərbi dəstək

ABŞ Ukraynaya 2 milyard dollar hərbi maliyyə ayıracağını açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Antoni Blinken məlumat verib. 

Kiyevdə ukraynalı həmkarı Dmitri Kuleba ilə keçirdiyi birgə mətbuat konfransında danışan Blinken, maliyyələşdirmənin Ukraynanın müdafiə sənayesi infrastrukturuna investisiya dəstəyi verəcəyini bildirib.

Blinken həmçinin, bir neçə həftə ərzində ABŞ və Ukrayna arasında təhlükəsizlik sazişi imzalana biləcəyini qeyd edib.

Zərifə Nağıyeva


 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
231
45
unikal.az

10Mənbələr