AZ

Zaxarova: İrəvana və Tiflisə yanaşmaya baxın

Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova bugünkü mətbuat konfransında Qərbin Ermənistan və Gürcüstanda keçirilən aksiyalara ikili münasibətindən gileylənib.

Olaylar xəbər verir ki, Zaxarova Gürcüstanda müxalifətin "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinə qarşı keçirdiyi etiraz mitinqlərinə Qərbin birmənalı dəstək verməsini, hətta buna görə Gürcüstan hakimiyyətinə hər gün təzyiq etdiyini xatırladıb.

Bunu Gürcüstanın daxili işlərinə qarışmaq sayan Zaxarovan qeyd edib ki, Ermənistanda aksiyaçılara qarşı kobud güc tətbiq edilir, kütləvi həbslər aparılır:

"Ancaq Qərb susur, sanki orda heç nə baş vermir və ya baş verənlər erməni xalqının iradəsini əks etdirmir". (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
286
2
olaylar.az

2Mənbələr