AZ

Polkovnik rus sülhməramlıların çıxarılmasından danışdı

Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin çıxarılması prosesi yaxın vaxtlarda yekunlaşacaq.

Olaylar xəbər verir ki, bunu jurnalistlərə Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ iqtisadi regionunun ərazisindən çıxarılması ilə əlaqədar keçirilən təntənəli mərasimdə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Anar Eyvazov deyib.

"Azərbaycan və Rusiya prezidentləri arasında Rusiya sülhməramlılarının ölkəmizin ərazisini tərk etməsinə dair əldə olunmuş razılığa əsasən Rusiya sülhməramlılarının başa çatması ilə əlaqədar tədbir keçirilir. Bugünkü tədbirdə Azərbaycan və Rusiya tərəfindən yüksək rütbəli zabitlər iştirak edir. Sülhməramlıların ərazini tərk etməsi prosesi hazırda da davam etdirilir və yaxın vaxtlarda yekunlaşacaq. Hazırda biz Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentin bazasındayıq. Onu da qeyd edim ki, sülhməramlıların Azərbaycan ərazilərini tərk etməsi plana uyğun olaraq həyata keçirilir. Bununla bağlı əlavə məlumat veriləcək", - o bildirib. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
279
50
olaylar.az

10Mənbələr