AZ

Sabah havanın buludlu olacağı, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir

Sabah

Bakı, 15 may, AZƏRTAC

Azərbaycanda mayın 16-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində qısamüddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-13° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65, gündüz 70-75 faiz olacaq.

Azərbaycanın rayonlarında da havanın bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-14°, gündüz 15-20°, dağlarda gecə 3-8°, gündüz 8-13° isti olacaq.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12°, gündüz 17-22° isti olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöl rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8°, gündüz 10-15° isti olacaq.

Şərqi Zəngəzurun Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacağı proqnozlaşdırılır. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-7°, gündüz 7-12°, bəzi yerlərdə 16°-dək isti olacaq.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalan, Füzuli rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-12°, gündüz 15-20° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ağdaş, Mingəçevir, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12°, gündüz 13-18°, dağlarda gecə 3-8°, gündüz 8-13° isti olacaq.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz bəzi şərq rayonlarında yağışda fasilə olacaq. Bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-14°, gündüz 15-20° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-14°, gündüz 15-18°, dağlarda gecə 6-8°, gündüz 8-13° isti olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
371
49
azertag.az

10Mənbələr