AZ

Evləri yağış suları ilə dolan Gəncə sakinləri icra hakimiyyətinin qarşısında-VİDEO

 

Gəncə şəhəri Məhsəti qəsəbəsi (keçmiş Sevinc) sakinləri Gəncə şəhər İcra hakimiyyətinin qarşısına toplaşıblar.

Musavat.com-a müraciət edən sakinlər bildirirlər ki, qəsəbənin aşağı hissəsində yaşadıqları üçün yağış sularının böyük qismi onların evlərinə dolur. İlham Bayramov qəsəbə sakinləri adından saytımıza müraciət edərək bildirib ki, yağış yağanda zirzəmilərə 100-150 ton civarında su yığılır:

“Qəsəbənin yuxarısından su aşağıya doğru axır. Təkcə leysan zamanı yox, hər dəfə yağış yağanda evlərin zirzəmisi su ilə dolur. Su bizim evlərdən o tərəfə axa bilmir. Dəfələrlə icra hakimiyyətinə müraciət etsək də, texnikanın işləmədiyini, balansda pul olmadığını bildirirlər. Bu problem 1 ildən çoxdur yaşanır. 5-6 aydır davamlı olaraq müraciət edirik. Hər dəfə eyni sözü eşidirik. “Pulumuz yoxdur” deyirlər, üstəlik evlərə dolan suyu da çəkmək istəmirlər, halbuki, bunun üçün xüsusi maşınlar var. Yazılı formada da müraciət etmişik.  Amma bizə yazılı cavab vermək istəmirlər. Hazırda icra hakimiyyətinin qarşısında toplaşmışıq, içəri girməyə, qəbula düşməyə imkan vermirlər".

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
154
44
musavat.com

10Mənbələr