AZ

İlon Mask bu üsulla tez yuxuya gedir

Amerikalı sahibkar İlon Mask onun tez yuxuya getməsinə kömək edən qeyri-adi vərdişindən danışıb.

Olaylar xəbər verir ki, Los-Ancelesdə keçirilən Milken konfransında "Tesla" və "SpaceX" şirkətlərinin baş direktoru gündəlik iş rejimi və həm şəxsi vərdişlərinə, həm də peşəkar həyatına təsir edən qorxuları haqqında danışıb.

Maskın sözlərinə görə, o, çox vaxt yalnız bütün canlıların mövcudluğunu təhdid altına ala biləcək qlobal fəlakətlər haqqında filmlər və podkastlar sayəsində yuxuya gedə bilir.

"Çox vaxt bunlar bütün dünyada demokratiyanın əsaslarını sarsıda biləcək və ya cəmiyyəti şəxsi nailiyyətə əsaslanan sistemləri tərk etməyə məcbur edə biləcək təhlükələr haqqında filmlərdir. Qorxularımı alovlandıran mövzuların mənim yatmazdan əvvəl laylalarım olması çox gülməlidir", - deyə Mask bildirib. (oxu.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
165
4
olaylar.az

10Mənbələr